küpə girən qarı (aravuran)

trouble-maker / instigator / provoker поджигатель / подстрекатель / провокатор
küp dibindən əl çəkməmək
küpünə girmək
OBASTAN VİKİ
Küpə
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. == Etimologiya == Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası. Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. == Tarixçə == === Türk kişilərin sırğa taxması === Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar.
Küpəgirən qarı
Küpəgirən qarı — Azərbaycan nağıllarındakı personajlardan biri. Küpəgirən qarı nağılların mənfi obrazlarındandır. Evlər yıxan, fitnə-fəsad quran, cilddən-cildə girən, ovsunlu, məharətli, bədəməldir. Bir anlığa gözəllər gözəli də ola bilir, mələklər mələyi də, göyə də qalxa bilir, yerə də enə bilir, ancaq eybəcərliyinə dov gələ bilmir, üst dodağı göy süpürür, alt dodağı yer, bədheybətdir. Yuxuda onu görürsən əgər, Küpəgirən səni qazana atıb qaynadır ki, bişirib yesin! Qışqırırsan, tanış bəzilərini köməyə çağırırsan, amma səsin çıxmır. O qazandan çıxmaq istəyirsən, lakin Küpəgirən qarı süpürgəsi ilə başından vurur. Təzədən qazana girirsən! Neyləməlisən? Əlbəttə ki yuxudan oyanmalısan!
Qarı Körpüsü
Qarı Körpüsü — Təbriz şəhərində Quruçayın üzərində yerləşən, Qacarlar dövrünə aid daş körpü. Qarı körpüsü və ya çıraq körpüsü Təbriz şəhərində Quruçayın üzərində yerləşir. 8 aşırımlı olan körpü Qacarlar dövründə tikilib. Qoç şəkilli sütun başlıqları və lampaları da Qacarlar dövrünə aiddir. Deyilənə görə bu körpünün tikilməsinə yaşlı bir qadın kömək etdiyi üçün körpü Qarı körpüsü adlandırılıb. Körpü Siqqətül İslam küçəsində yerləşir və Təbriz bazarını Təbrizin şimal məhəllələrindən olan Şeşgilan və Dəvəçi məhəllələri ilə birləşdirir. Pəhləvilər dövründə körpünün qərbində daha kiçik piyada körpüsü də tikilib. Qarı körpüsü 2000-ci ildə milli abidə olaraq qeydiyyata alınıb.
Qarı Nənə
Qarı Nənə — Azərbaycan folklorunda mifik xarakter. Fars folklorunda isə Nəne Sərma adlı eyni xarakter var.
Qarı İzerqil
İzergil qarı - (rus. Старуха Изергиль) - 1894-cü ildə Maksim Qorki tərəfindən yazılmış əsər. Ханов В. А. Рассказ М. Горького «Старуха Изергиль»: культурологические аспекты // Русская словесность. — 2003. — № 4. Щербина И. «Я и Старуха…»: О рассказе М. Горького «Старуха Изергиль». И. Щербина // Литература. — 2003 — № 8. Гуйс, Ирина. «Старуха Изергиль» А. М. Горького [Текст] : новый взгляд / Ирина Гуйс // Литература.
İzergil qarı

Xalisə Qarı
Xalisə Qarı (tam adı: Xalisə Hacı Bayram qızı d. XVIII əsrin II yarısı - ö. ?) - Azərbaycanlı şairə. == Haqqında == Xalisə Hacı Bayram qızı XVIII əsrin ikinci yarısında varlı-ziyalı ailəsində anadan olmuşdur. Atasının evində qonaq olan ziyalılar və şairlər kiçik Xalisənin əzbərdən dediyi qoşma və bayatıları dinlədikdən sonra atasına Xalisəni oxudub savadlandırmasını məsləhət görmüşlər. Onun atası Hacı Bayram qızına xüsusi müəllim vasitəsilə təhsil verib. Xalisə böyüdükcə şeirə və elmə həvəsi artmış və özü orijinal qoşmalar yazmağa başlamışdır. O, həmyaşıdı olan kiçik qızların savadsız, hüquqsuz vəziyyətlərinə acıyaraq öz evlərində qızlar üçün məktəb təşkil etmiş, onlara savad öyrətmişdir. Bununla kifayətlənməyərək, atasının yardımı ilə kiçik ev kitabxanası da yaratmışdır. Kiçik yaşlarında özünü böyüklərdən daha fərasətli apardığı, dərin mənalı söhbətlər etdiyi üçün qocalar ona “Qarı” (qoca, çox bilmiş) təxəllüsü vermişlər.
Sehrlənmiş Küpə (1979)
Filmin qəhrəmanı kiçik yaşlı uşaqdır. Burada sehrbaz qara qarğanın bu uşağı küpəyə çevirməsindən, oğlanın övladsız bir ailəyə düşməsindən söhbət gedir. Kinolentdə əməksevərlik, böyüklərə hörmət, xeyirxahlıq kimi insani keyfiyyətlər tərənnüm olunur. Applikasiya filmidir. Film kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Titrlər: Filmin adı "Sehirlənmiş Küpə" yazılmışdır. Doğrusu "Sehrlənmiş Küpə" olmalıdır. Ssenari müəllifi: Ələviyyə Babayeva Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Nazim Məmmədov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov(Oktay Rəcəbov kimi) Səs operatoru: Kamal Seyidov Fon rəssamı: Faiq Məmmədov Rəssam: Zəkiyyə Mikayılova, Tınnis Saxkay, Sahibə İbadova Rejissor assistenti: Fəridə Həşimova Operator assistenti: Ziya Xəqani Montaj edən: Nisə Hacıyeva (Nisəxanım Hacıyeva kimi) Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Eldar Şirinov Məhluqə Sadıqova — qarğa (titrlərdə yoxdur) Mirvari Novruzova — nənə (titrlərdə yoxdur) Yusif Vəliyev — baba (titrlərdə yoxdur) Qarğa: Mən üç yüz ildir ki, bu dağlarda, bu çöllərdə gəzib dolaşıram. İnsanlardan heç bir yaxşılıq görməmişəm. Küpə: Bəs sən özün necə onlara kömək eləmisənmi?
Qırmızı qarı (pyes)
Qırmızı qarı (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1921-ci ildə yazmışdır. “Qırmızı qarı” (1921) pyеsində ədib qarını “qırmızı tufan еlçisi”, müsbət bir оbraz kimi qələmə alır. Qarının bir arzusu var: "zəncir və zülm dünyasının axırına çıxmaq!" Əsər, əsgərlərin zülmət səltənəti üzərindəki qələbəsi ilə bitir və qarının arzusu həqiqətə çеvrilir.
Güllü qarı məscidi
Güllü qarı məscidi — Şəki şəhərinin Kiçik Qala küçəsində yerləşən tarixi məscid. == Tarixi == Güllü qarı məscidi, 19-cu əsrin memarlıq incilərindən biri olaraq, Şəkinin Kiçik Qala məhəlləsinin dar küçələrində yerləşir. Bu tarixi məscid, yerli çay daşlarının ustalıqla hörülməsi nəticəsində yaranmışdır və Şərq memarlığının ənənəvi elementlərini özündə əks etdirir. Sadə, lakin nəfis görünüşü ilə seçilən bu kiçik məscid, əsrlər boyu yerli icmanın dini və ictimai həyatının ayrılmaz bir parçası olmuşdur. Məscidin divarları, zamanın sınağından keçmiş daşların şahidliyi ilə, nəsillərdən-nəsillərə ötürülən inancların və dəyərlərin daşıyıcısıdır. Sovet dövründə dini fəaliyyətlərin qadağan edilməsi səbəbindən bir müddət qapılarını bağlamağa məcbur olan məscid, 1990-cı illərdə ölkənin müstəqilliyini bərpa etməsi ilə birlikdə yenidən canlanmış və ibadətgah kimi fəaliyyətini davam etdirmişdir. Məscidin ətrafında formalaşan məhəllə həyatı, insanların bir araya gələrək dini və sosial tədbirlər təşkil etməsi, məscidin yalnız dini bir məkan deyil, həm də cəmiyyətin birləşməsinə xidmət edən bir mərkəz olduğunu göstərir. == Adının mənşəyi == Məscidin adı ilə bağlı rəvayətə görə, əsasən qadınların toplaşdığı bu məsciddə səliqə-sahmanın qorunmasına ən çox Güllü adlı bir qadın fikir verirmiş. Onun məscidə olan qayğısı və xidmətləri nəticəsində məscid camaat arasında "Güllü qarının məscidi" kimi tanınmağa başlamış və sonradan bu ad rəsmiləşmişdir. == Memarlıq xüsusiyyətləri == Güllü qarı məscidi çay daşından inşa edilmiş sadə, düzbucaqlı plana malikdir.
Sehrlənmiş küpə (film, 1979)
Filmin qəhrəmanı kiçik yaşlı uşaqdır. Burada sehrbaz qara qarğanın bu uşağı küpəyə çevirməsindən, oğlanın övladsız bir ailəyə düşməsindən söhbət gedir. Kinolentdə əməksevərlik, böyüklərə hörmət, xeyirxahlıq kimi insani keyfiyyətlər tərənnüm olunur. Applikasiya filmidir. Film kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Titrlər: Filmin adı "Sehirlənmiş Küpə" yazılmışdır. Doğrusu "Sehrlənmiş Küpə" olmalıdır. Ssenari müəllifi: Ələviyyə Babayeva Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Nazim Məmmədov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov(Oktay Rəcəbov kimi) Səs operatoru: Kamal Seyidov Fon rəssamı: Faiq Məmmədov Rəssam: Zəkiyyə Mikayılova, Tınnis Saxkay, Sahibə İbadova Rejissor assistenti: Fəridə Həşimova Operator assistenti: Ziya Xəqani Montaj edən: Nisə Hacıyeva (Nisəxanım Hacıyeva kimi) Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Eldar Şirinov Məhluqə Sadıqova — qarğa (titrlərdə yoxdur) Mirvari Novruzova — nənə (titrlərdə yoxdur) Yusif Vəliyev — baba (titrlərdə yoxdur) Qarğa: Mən üç yüz ildir ki, bu dağlarda, bu çöllərdə gəzib dolaşıram. İnsanlardan heç bir yaxşılıq görməmişəm. Küpə: Bəs sən özün necə onlara kömək eləmisənmi?
GIGO (zibil girən zibil çıxar)
GIGO (zibil girən zibil çıxar) - (ingiliscə GIGO (garbage in, garbage out), rusca “мусор на входе, мусор на выходе” – hesablama texnikasında: kompüterin təbiətini və orada yerinə yetirilən prosesləri xarakterizə edən aksiomlardan biri; prosesin girişinə yanlış və ya korlanmış verilənlər daxil olduqda nəticə də yanlış və ya korlanmış alınır. garbage - (rusca мусор) - tullantı – dəyərsiz verilənlər; yanlış və ya korlanmış verilənlər. garbage collection (GC) - rusca сборка мусора - tullantı toplama – yaddaşın istifadə olunmayan bloklarını boşaldan və onları “boş” kimi nişanlayan silmə üsulu. Bütün yaddaş sahəsi boyu səpələnməş “boş” blokların yerdəyişmə yolu ilə iri “boş” blok şəklində bir yerə toplanması da belə adlandırılır. == Microsoft Windows == [1] Zibil qutusu (Корзина, Recycle Bin) İşçi stol üzərindəki hər bir nişan və yarlıq konkret obyekti təmsil edir. Həmin obyekt haqqında informasiya almaq üçün kursoru nişanın üzərinə qoyub siçanın sağ düyməsini sıxmaq, açılmış menyuda Xassə (Свойства, Properties) əmrini yerinə yetirmək lazımdır. Bu zaman açılmış pəncərədə obyektin tipi, həcmi/, yaranma tarixi, harada yerləşməsi və s. atributlar barədə məlumat əldə etmək mümkündür. İşçi stolun üzərindəki nişanı və ya yarlığı ləğv etmək üçün kursoru nişanın üzərində qoyub, siçanın sol düyməsini sıxmaqla onu qeyd etmək, sonra isə klaviaturadan “Delete” düyməsini basmaq lazımdır. Bu zaman onun təmsil etdiyi obyektləri – fayl və ya qovluğu Zibil qutusuna göndərmək haqda pəncərədi açılır.
Sultan Səncər və qarı
Qarı ilə Sultan Səncərin hekayəti və ya bilinən qısa adı ilə Sultan Səncər və qarı — 1174-1175-ci illərdə Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər xəzinəsi" poemasının ikinci hekayəti. Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən tərcümə olunmuşdur. "Sirlər xəzinəsi" poeması "Xəmsə"nin birinci kitabıdır. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. "Məxzənül-əsrar"ın ən məşhur dördüncü hekayətlərindən birinin qəhrəmanı da Sultan Səncərdir. Hekayədə Səncər ədaləti tanımayan, xalqın qeydinə qalmayan hökmdar kimi təsvir edilmişdir. Bir gün qoca qarı zülmün əlindən üsyan edir. Ölkənin hökmdarı Sultan Səncərin yaxasından tutub deyir: "Ey sultan, səndən ədalət görmədim, sənin zülmün əsla hesaba sığmaz. Sənin kefli darğan gəlib evimdə məni söyüb, salıb təpiyin altına döyüb. Günahsız yerə saçımı yolub evimdən çölə atıb.
92-ci ilin qarı
92-ci ilin qarı qısametrajlı sənədli filmi rejissor Gültəkin Nəriman tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Bakı Şəhəri İcra Hakimiyyəti Kino Xidməti İdarəsində istehsal edilmişdir. Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım — Xocalı soyqırımından bəhs edir. == Məzmun == Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım — Xocalı soyqırımından bəhs edir. Xocalı faciəsi 200 ildən artıq bir müddətdə ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik tənzimləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Filmdə qanlı gecənin şahidlərinin ifadələri də yer almışdır.
92-ci ilin qarı (film, 2014)